ABŞ-ın yeni dövlət katibi Con Kerrinin ilk xarici səfər edəcəyi ölkə Türkiyə olacaq. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Con Kerri fevral ayında Türkiyəyə gələcəyini açıqlayıb.
Con Kerri Suriyadakı vətəndaş müharibəsinin bitirilməsinə yönəlik addımlar, İraqda artan gərginlik və İmralı prosesi ilə bağlı müzakirə aparacaq. Onun hökumət təmsilçiləri ilə bərabər müxalifətdəki CHP sədri Kemal Kılıcdaroğlu və MHP lideri Dövlət Baxçalı ilə də görüşməsi gözlənilir. ABŞ dövlət katibi postunu tutacaq Con Kerrinin PKK-nın siyasi qanadı sayılan BDP-nin həmsədrləri Selahattin Demirtaş və Gültan Kışanakla, ya da PKK terror təşkilatının lideri Abdulla Öcalanla İmralıdakı həbsxanada görüşmüş Ahmet Türklə görüşəcəyi ehtimalı da var.