ABŞ-ın mərkəzi ştatlarında sərt şaxtalı hava hökm sürür.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, buna səbəb ötən bazar günü Kanadadan ABŞ-a daxil olan Arktik hava kütləsidir.
Bir sıra yaşayış məntəqələrində temperatur mənfi 34-37 dərəcəyə qədər aşağı düşüb. Minnesota ştatının Emberress şəhərində ən aşağı temperatur – mənfi 37,7 dərəcə qeydə alınıb. İllinoys, Minnesota, Şimali Dakota, Viskonsin və Miçiqan ştatlarında bir çox şəhərlərin meriyası evsiz insanlar üçün sığınacaqlar təşkil edib, məktəblərin əksəriyyəti bağlanıb. Ən azı 4 nəfər şaxtanın qurbanı olub.
Şaxtalı havaların bu həftənin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.