ABŞ-da qripdən 29 uşaq ölüb
19 yanvar 2013 15:12 (UTC +04:00)

ABŞ-da qripdən 29 uşaq ölüb

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yayılan qrip epidemiyası səbəbindən həyatını itirən uşaqların sayı 29 nəfərə çatıb. APA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Xəstəliklərin İdarəolunması və Tədbirlər Mərkəzinin (CDC) direktoru Tomas Frieden məlumat verib.

 

T.Frieden ölkədə H3N2 virusunun səbəb olduğu qrip epidemiyasının normaldan daha erkən başladığını və epidemiyanın xüsusilə uşaqlar və yaşlılar üçün böyük təhlükə yaratdığını açıqlayıb. Ötən həftə xəstəxanaya çatdırılan 65 yaşdan yuxarı yaşlıların sayında ciddi artım müşahidə edildiyini və daha 9 uşağın epidemiya səbəbindən həyatını itirdiyini deyən Mərkəz rəhbəri ümumiyyətlə bu il ərzində xəstəlikdən ölən uşaqların sayının 29-a çatdığını bildirib.


Qeyd edək ki, ötən il ABŞ-da 34 uşaq qrip epidemiyası səbəbindən həyatını itirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517
avatar

Oxşar yazılar