ABŞ-ın Kaliforniya ştatında sel və leysan yağışları nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Santa-Barbara dairəsinin şerifi Bil Braun bildirib.
Onun sözlərinə görə, daha 13 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakət nəticəsində bölgədə 100-dək yaşayış evi dağılıb. Bundan əvvəl 13 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilirdi. Ölümlə nəticələnən insidentlər Montesito şəhərində qeydə alınıb.