ABŞ-da güclü qarlı siklon əvvəlcə ölkənin cənub və mərkəzi əyalətlərini, ardınca şərq sahillərini dağıdıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu üzdən 4 minə yaxın uçuş reysi təxirə salınıb.
Dallas və Vaşinqtondakı hava limanlarından üzlərlə uçuş ləğv edilib.
Mənbə xatırladıb ki, yolların buz bağlaması səbəbindən Pensilvaniya ştatında 50-dən artıq, Arizonada isə 300-ə yaxın avtomobil toqquşub.