"Yox" cavabı alan məktəbli 5 nəfəri güllələdi
25 oktyabr 2014 11:46 (UTC +04:00)

"Yox" cavabı alan məktəbli 5 nəfəri güllələdi

ABŞ-da 14 yaşlı məktəbli Ceylin Frayberq 5 nəfəri güllələyib. Lent.az-ın Vesti.ru-ya istinadən məlumatına görə, hadisə dünən Vaşinqton məktəblərindən birində baş verib. Hadisənin motivləri hələ polisə məlum olmasa da, ilkin ehtimala görə, C. Frayberq sevdiyi qız tərəfindən tərk edilib. Buna çox qəzəblənən oğlan hardansa əldə etdiyi 40 kalibrli “Beretta” pistoleti ilə sevdiyi qızın dostları ilə oturduğu məktəbin bufetinə gəlib.

 

Qarşısına çıxan hər kəsə atəş açan məktəbli sevdiyi qız da daxil olmaqla 5 şagirdi başından yaralayıb. Sonra isə özünü öldürüb. Yaralılardan biri xəstəxanaya aparılarkən yoldaca keçinib. 

 

Şahidlərin sözlərinə görə, C. Frayberq bufetə gələn zaman orada 50-yə yaxın adam olub. Lakin onlar qaçıb gizlənə biliblər. Müəllimlərin sevimlisi olan Frayberq sakit və tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Məktəb kollektivi onun niyə belə etdiyini anlamır.

 

Frayberin “Twitter”də son mesajı isə belə olub: “Bu, belə davam etməyəcək. Bu, heç vaxt davam etməyəcək”. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416

Oxşar yazılar