Venesuela Bankının rəhbəri Xose Xavyer Morales “Visa” və “Mastercard” sistemlərinin ölkədə 2020-ci ilin mart ayına qədər xidmət göstərəcəyini bildirib.
APA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, 20 mart 2020-ci il tarixdə bu sistemlərin Venesuelada iş lisenziyasının vaxtı bitəcək. O, həmçinin əlavə edib ki, bundan sonra necə olacağını bilmir.
Morales qeyd edib ki, ölkə rəhbərliyi system nümayəndələri ilə danışıqlar aparır.