Şamil Basayevin ölümünün təfərrüatları - FİLM KİMİ
10 yanvar 2013 15:44 (UTC +04:00)

Şamil Basayevin ölümünün təfərrüatları - FİLM KİMİ

Çeçenistanın əfsanəvi komandirlərindən Şamil Basayevin ölümü ilə bağlı sirr açılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, “Anadolu” agentliyi bu barədə İstanbul polisinin kəşfiyyat və terrorizmlə mübarizə departamentindəki mənbəyə istinadən məlumat yayıb.

 

Mənbənin dediyinə görə, Şamil Basayev 10 iyul 2006-cı ildə İnquşetiyanın Ekajevo kəndi yaxınlığında silah və döyüş sursatı olan yük maşınında partlayış nəticəsində həyatını itirib. Çeçen komandanlığı partlayışın döyüş sursatının yüklənməsi zamanı baş verdiyi versiyasını irəli sürüb. Lakin 6 il sonra Şamil Basayevin öldürülməsi üçün yük maşınını minalayan şəxsin adı məlum olub. Bu,  “Zona” və “Xəyal” ləqəbləri ilə tanınan agent Ruslan Papaskeri olub. Ruslan Papaskeri 2011-ci ildə İstanbulun Zeytunburnu rayonunda 3 çeçenin öldürülməsində də günahlandırılır.

 

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, “Zona” Gürcüstan vətəndaşıdır. Türkiyə kəşfiyyatı onun həm Gürcüstan xüsusi xidmət orqanlarının, həm də Rusiya Federal Təhlükəsizlik Bürosunun agenti olduğunu üzə çıxarıb. Ruslan Papaskeri 2008-ci ildə Qafqaz Əmirliyinin təmsilçisi İslam Canibekov və 2009-ci ildə Əli Osayevi İstanbulda öldürüb.  Türkiyə kəşfiyyatının yaxaladığı Ruslan Papaskerinin əsl adının Əli Dabuyev olduğu da üzə çıxıb. O, sorğu zamanı etiraf edib ki, 16 sentyabr 2011-ci ildə İstanbulun Zeytunburnu rayonunda Bəy-Hacı Musayev, Rustəm Altemirov və Zaurbek Əmriyevin öldürülməsinə hazırlıq prosesində iştirak edib. Bu işi icra etmək üçün Rusiya Olimpiya Komitəsinin rəsmi nümayəndə heyətinin tərkibində Türkiyəyə Rusiya Federal Təhlükəsizlik Bürosunun iki peşəkar casusu gəlib. Basayevin ölümündən danışan Əli Dabuyev bildirib ki, Şamil G8-lərin sammiti zamanı Moskvaya hücum planlaşdırırmış, Rusiya qoşunlarının tək Çeçenistan yox, bütün Şimali Qafqaz ərazisindən çıxarılmasını tələb edəcəkmiş. “Zona”ya bu informasiyanı Rusiya Federal Təhlükəsizlik Bürosu çatdırıb və Moskvadan Şamil Basayevi öldürmək əmri gəlib. “Zona” Şamil Basayevin öldürülməsi tapşırığını Gürcüstanda icra edib. Şamil Basayev isə Gürcüstandan İnquşetiyaya keçəcək silah və sursatı yük maşınına  yükləməyi məhz “Zona”ya tapşırıb.  O, isə Şamil Basayev üçün nəzərdə tutulmuş yük maşınını minalayıb. “Zona” bundan sonra fəaliyyətini Gürcüstan ərazisində davam etdirib.  O, 58 dəfə 12 müxtəlif pasportla Türkiyəyə keçib, Türkiyə ərazisində çeçenlərin öldürülməsində iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3913
avatar

Oxşar yazılar