Puerto-Rikoda "Maria" qasırğasının qurbanlarının sayı 34 çatıb. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.
Daha əvvəl 16 nəfərin qasırğanın qurbanı olduğu bildirilirdi. Son məlumatda isə itkilərin sayının 2 dəfədən çox artdığı məlum olub.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Puerto-Riloya gəlib. O, səfəri zamanı qasırğadan zərər çəkənlərə humanitar yardım verib.