Nepalda faciə: ölü sayının 10 minə çatması ehtimalı var
26 aprel 2015 23:24 (UTC +04:00)

Nepalda faciə: ölü sayının 10 minə çatması ehtimalı var

Nepalda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 2500-ə çatıb, 6000-a qədər də yaralı var.

 

APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 5 mindən artıq ev tamamilə dağılıb. Zəlzələ nəticəsində 200 mindən çox insan zərər görüb.

 

Rəsmilər ölü sayının 10 mini ötəcəyindən narahatlıqlarını ifadə ediblər. Onlar dəqiq rəqəmin dağıntılar tamamilə aradan qaldırıldığı zaman ortaya çıxacağını bildiriblər.

 

Başqa bir narahatlıq isə cəsədlərin küçədə və dağıntılar altında qalması səbəbilə yolxucu xəstəliklərin yayılma qorxusudur.

 

Bu gün Nepalda 6.7 bal gücündə daha bir zəlzələ baş verib. Bu zəlzələ dağıntıları və ölü sayını artırıb.

 

Hazırda zəlzələ zonasında əhali qapalı yerlərə daxil olmaqdan qorxur, küçələrdə gecələyir.

 

Qeyd edək ki, bu il aprelin 25-də Nepalda 7.8 bal gücündə zəlzələ baş verib.

 

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi Nepalda təbii fəlakət zonasındakı azərbaycanlıların təxliyyəsi üçün iş aparır. Nazirlik həmçinin hökumət adından Nepala humanitar yardım göndərilməsi üçün də hazırlıq görür.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 90
avatar

Oxşar yazılar