<b>Yaponiyada güclü zəlzələ, sunami təhlükəsi elan edildi</b>
22 noyabr 2016 01:25 (UTC +04:00)

Yaponiyada güclü zəlzələ, sunami təhlükəsi elan edildi

0

Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasından yerləşib.

 

Sunami təhlükəsi elan edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

 

Təbii fəlakətlə əlaqədar ümummilli xəbərdar etmə sistemi işə düşüb.

 

Ölkənin bütün mobil qurğularına müvafiq bildirişlər gəlib. 3 metr hündürlükdə sunami olacağı barədə xəbərdarlıq yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar