ABŞ-ın üç iri şəhəri – Nyu York, San Fransisko və Filadelfiya Pentaqondan məhkəməyə şikayət ediblər.
APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, qeyd olunan şəhərlərin rəhbərliyinin iddiasına əsasən, Müdafiə Nazirliyi silah gəzdirmək qadağan olunmuş xidmətə yararsız əməkdaşları barədə müvafiq qurumlara məlumat verməkdən imtina edir. Bu isə, Texasda kilsədə 26 nəfərin ölümü ilə nəticələnən kütləvi qətl kimi insidentlərə gətirib çıxarır.
“ABŞ Müdafiə Nazirliyinin səhvi ucbatından silah cinayətkarların əlinə keçib, bu isə günahsız insanların ölümü ilə nəticələnib”, - deyə Nyu York meri Bill de Blazionun müraciətində deyilir.
Qeyd edək ki, noyabrın 5-də Texasdakı kilsəyə hücum etmiş Devin Kelli silahı 2016-cı ildə əldə edib. Bundan əvvəl isə o ABŞ ordusu sıralarından rüsvayçılıqla qovularaq hərbi tribunal qarşısına çıxarılıb.