[b]Türkiyədən İrəvana təyyarə rəysinin açılacağı xəbəri yalan çıxdı[/b]
30 noyabr 2017 20:21 (UTC +04:00)

[b]Türkiyədən İrəvana təyyarə rəysinin açılacağı xəbəri yalan çıxdı[/b]

0

Türkiyədən Ermənistana təyyarə rəysinin açılacağı ilə bağlı xəbərlər doğru deyil. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycının adından Türkiyədən Ermənistana hava reysinin açılacağı ilə bağlı yayılan açıqlamaya münasibət bildirərkən deyib.

 

O bildirib ki, məsələ ilə bağlı İlkər Aycı ilə danışıb: "O, belə bir açıqlama vermədiyini dedi. Bu xəbərlər doğru deyil və həqiqəti əks etdirmir".

 

Qeyd edək ki,  "Anadolu agentliyi"nin ingilis dili bölməsində noyabrın 24-də Türkiyə Hava Yolları" şirkətinin idarə heyətinin rəhbəri İlkər Aycıya istinadən yayımlanan müsahibədə Ermənistana birbaşa hava reysinin açılacağı bildirilib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar