Türkiyədə yeni yaradılan İyi Partinin sədri Meral Akşener ölkəsində nöbvəti prezident seçkilərində namizəd olacağını açıqlayıb.
Lent.az-ın məlumatına görə, qadın siyasətçi özünün “Tvitter” hesabında bu barədə yazıb: "Özümü parlamentə atmaq fikrim yoxdur. Deputatların yox, xalqımın imzaları ilə namizəd olacam. Deputatlığa namizəd olmayacam, olanlara uğur arzulayıram. Siyasətdə olduğum müddətdə həmişə xalqıma arxalandım, indi də arxalanıram”.