<b>Türkiyədə matəm elan olundu</b>
26 noyabr 2017 21:08 (UTC +04:00)

Türkiyədə matəm elan olundu

0

Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27-i noyabrı matəm günü elan edib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə,  sabah ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə Türkiyə bayraqları yarıya qədər endiriləcək.

 

Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 501

Oxşar yazılar