Türkiyədə fövqəladə vəziyyət rejimi 3 ay müddətinə uzadılıb. APA-nın xəbərinə görə, parlament fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edib. Beləliklə, fövqəladə vəziyyət rejiminin müddəti iyulun 19-dək uzadılıb.
Qeyd edək ki, fövqəladə vəziyyət rejimi bundan əvvəl 3-cü dəfə uzadılıb. Fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub.