<b>Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı tutuldu</b>
16 iyul 2016 20:44 (UTC +04:00)

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı tutuldu

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk həbs olunub.

 

APA-nın “Cümhuriyyet”ə istinadən verdiyi xəbərə görə,  Akın Öztürk hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb.   

 

 

Akın Öztürkün qiyamçıların lideri olduğu və çevriliş cəhdinin arxasında durduğu ehtimal olunur. 

 

 

Hərbi-Hava Qüvvələrinin sabiq komandanı  Kazan ilçəsində  saxlanılıb. Həmçinin orada olan digər qiyamçı əsgərlər də silahlarının qoyaraq təslim olublar. 

 

 

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti  həbs edilib.  Qeyd edək ki, Türkiyədə  hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil  olmaqla 2800-dək şəxs saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308
avatar

Oxşar yazılar