[b]Türkiyə Afrində PYD-yə məxsus 108 hədəfi məhv etdi[/b]
20 yanvar 2018 21:15 (UTC +04:00)

[b]Türkiyə Afrində PYD-yə məxsus 108 hədəfi məhv etdi[/b]

Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.  

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.

 

“Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, - deyə məlumatda bildirilir.  

 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 226
avatar

Oxşar yazılar