Türkiyə təyyarələri YPG-yə silahlandırılmasında ABŞ-ın Suriyada istifadə etdiyi “Minninq” aerodromuna zərbələr endiriblər.
APA-nın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, “Minninq” aerodromu Afrindəki “Zeytun budağı” əməliyyatı çərçivəsində zərbələrin endiriləcəyi 113 hədəfin siyahısına əvvəlcədən daxil edilib.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində əvvəlcədən nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.