Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu yanvarın 6-da Almaniyaya səfər edərək alman həmkarı Ziqmar Qabriel ilə danışıqlar aparacaq. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı Türkiyə və Almaniya arasında münasibətlərinin normallaşdırılması yolları müzakirə ediləcək.
Məlumata görə, danışıqlar Ziqmar Qabrielin dünyaya gəldiyi Qoslar şəhərində keçiriləcək.
Əvvəlki görüş 2017-ci ilin noyabrın 5-də Mövlud Çavuşoğlunun doğulduğu Antalya şəhərində keçirilmişdi.