ABŞ prezidenti Donald Tramp Kolumbiyanın iki sabiq prezidenti Alvaro Uribe və Andres Pastrana ilə gizli görüş keçirib. APA-nın “Miami Herald”a istinadən verdiyi xəbərə görə, görüş ötən bazar Trampın Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutub. Görüş barədə mətbuata heç bir məlumat verilməmişdi.
Nəşr Kolumbiya KİV-lərinə istinadən qeyd edib ki, görüş respublikaçı senator Marko Rubio tərəfindən təşkil olunub.
Ağ Evin rəsmi nümayəndəsi əvvəlcə görüş barədə suallara cavab verməkdən imtina etsə də, lakin sonradan danışıqların baş tutduğunu etiraf edib.