[b]Tehran metrosunda qəza: 50 yaralı[/b]
06 iyun 2017 20:01 (UTC +04:00)

[b]Tehran metrosunda qəza: 50 yaralı[/b]

0

Tehran metropolitenində iki qatarın toqquşması nəticəsində 50-dək sərnişin xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran dövlət televiziyasının məlumatında bildirilir.  

 

Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mökəddəm bildirib ki, tuneldən çıxan qatar “Taraşt” stansiyasında dayanmış digər qatarla toqquşub.

 

İnsident yerli vaxtla 18.15-də (Bakı vaxtı ilə 17.45-də) baş verib.

 

Xəsarət alan sərnişinlər şəhərin üç xəstəxanasına yerləşdiriliblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar