<b>Tam Günəş tutulması baş verib</b> - <span style="color:red;">YENİLƏNİB
22 avqust 2017 01:08 (UTC +04:00)

Tam Günəş tutulması baş verib - YENİLƏNİB

Avqustun 21-də tam Günəş tutulması baş verib.

 

APA-nın xəbərinə görə, Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub.

 

Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə 115 kilometr təşkil edib.

 

Bakı vaxtı ilə saat 19:47-də başlayan proses saat 22:26-da maksimumda olub.

 

Günəş tutulması saat 01:04-də sona çatıb.

 

Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayıb. Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.

 

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.

 

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

 

Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

 

***

 

Milyorlarca insanın gözlədiyi tam Günəş tutulması ABŞ-da izlənməyə başlanıb.

 

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, tarixi hadisə NASA tərəfindən canlı yayımlanır.

 

Günəş tutulmasını sadəcə ABŞ-ın şimalında – Oreqon, İdaho, Vyominq, Nebraska, Missuri, İllinoys, Tennessi, Şimali Karolina ştatlarında izləmək mümkündür. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 344
avatar

Oxşar yazılar