Suriyanın şimalında İŞİD-in hücumu nəticəsində ağır yaralanan türk əsgəri şəhid olub.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Bundan əvvəl İŞİD-in nəzarətindəki ərazilərdən türk hərbçilərinin olduğu bölgənin qumbaraatanlardan və raketlərdən atəşə tutulduğu, 3 əsgərin yaralandığı, onlardan 1-in vəziyyətinin ağır olduğu bildirilirdi.
***
Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.
Bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.