Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailə məxsus hərbi təyyarəni vurub.
APA-nın məlumatına görə, bu barədə Suriyanın rəsmi SANA agentliyi xəbər verib.
Məlumata əsasən, İsrailin Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr Homs əyalətində yerləşən “Tifor” aviabazasına hücum edib.
“Hava hücumundan müdafiə sistemlərimiz İsrailin hücumunu dəf edib, bir neçə raket vurulub. Hücumda iştirak edən təyyarələrdən biri vurulub, digərləri ölkəmizin hava məkanını tərk etməyə məcbur olub”, məlumatda deyilir.
TASS agentliyinin məlumatına görə, İsrail müdafiə ordusunun mətbuat xidməti xəbəri şərh etməkdən imtina edib.