Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.
S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.