Rusiyanın Novosibirsk şəhərində 51 yaşlı Azərbaycan vətəndaşı həbs edilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, qumar borcuna görə müflis olan azərbaycanlı bu şəhərdə çalışan Türkiyəli iş adamını sifariş verib. Amma yerli polis onunu bu əməlindən xəbər tuta bilib. Polis iş adamının oğurlanmasının səhnələşdirərək onu sifarişçinin təyin etdiyi mənzilə gətiriblər. Sifarişçi mənzilə daxil olarkən o, saxlanılıb.
Faktla bağlı cinayət iş qaldırılıb.