Rusiyanın İrkutsk vilayətinin Çunsk rayonunda 3 nəfər azərbaycanlı həbs edilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, onlar qanunsuz ağac kəsməkdə ittiham olunurlar.
İrkutsk vilayət prokurorluğunun məlumatına görə, azərbaycanlılar Çunsk rayon ərazisindəki meşəlikdə külli miqdarda ağac kəsərək dövlətə 1 milyon 600 min ziyan vurublar.
Məlumatda o da deyilir ki, azərbaycanlılardan biri əvvəllər Rusiyadan deportasiya edilibmiş. Amma sonradan soyadını dəyişərək yenidən Rusiyaya qayıdıb.