Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.
APA – nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlütova bildirib.
“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb”, deyə Y.Mavlütova qeyd edib. Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır.