[b]Rusiyada 20 yaşlı azərbaycanlı qızı oğurladılar[/b]
13 dekabr 2016 11:38 (UTC +04:00)

[b]Rusiyada 20 yaşlı azərbaycanlı qızı oğurladılar[/b]

0

Rusiyanın Sankt-Peterburq şəhərində 20 yaşlı azərbaycanlı qız oğurlanıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə barədə yerli polisə qızın anası xəbər verib.

Anası bildirib ki, hadisə o evdə olmadığı zaman baş verib. Onların Orconekidze küçəsində yerləşən mənzilinə soxulan 2 azərbaycanlı qızı naməlum istiqamətə aparıblar. Hadisə zamanı evdə qızın 68 yaşlı nənəsi olub. Nənə müqavimət göstərsə də, onu vəhşicəsinə döyüblər.

Hazırda polis qızın axtarışıyla məşğuldur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar