[b]Rada qarşısında iki polis yaralandı[/b]
18 oktyabr 2017 05:23 (UTC +04:00)

[b]Rada qarşısında iki polis yaralandı[/b]

Kiyevin mərkəzində etirazçılarla asayiş keşikçiləri arasında baş vermiş toqquşmalar zamanı iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin rəhbəri Sergey Knyazev keçirdiyi brifinqdə bildirib.

 

“Sutka ərzində hüquq-mühafizə qurumlarının 21 və 25 yaşlı iki əməkdaşının döyülməsi faktı qeydə alınıb. Onlar müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta ağırdır”, - deyə S.Knyazev bildirib.  

 

Onun sözlərinə görə, polis qüvvələri bundan sonra da mitinqdə və hökumət məhəlləsində asayişi qorumaq niyyətindədirlər.  

 

 S.Knyazev qeyd edib ki, bəzi radikal siyasi qüvvələr mitinq zamanı qan tökmək məqsədi ilə təxribat törətməyə cəhd etsələr də, bunun qarşısı alınıb.  Polis mitinq günü və bir gün əvvəl bir neçə partlayıcı qurğu, qumbara və silah aşkarlayaraq götürüb.  

 

“Təxribatların qarşısını almaq və təhlükəsizlik məqsədilə hökumət məhəlləsinin mühafizəsi gücləndirib”, - deyə o qeyd edib.  

 

Onun sözlərinə görə, mülki şəxslər arasında xəsarət alanlar barədə hələ ki məlumat yoxdur.

 

Polis əməkdaşları Ali Radaya və yaxınlıqda gecələmək məqsədi ilə etirazçılar tərəfindən yaradılan “çadır şəhərciyi”nə aparan yolları tam nəzarətə alıb. Etirazçılar isə, öz növbəsində, 100-dək çadırdan salınmış şəhərciyin perimetri boyu düzülüblər. 

 

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.

 

Aksiya ilə əlaqədar Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3,5 min polis əməkdaşı cəlb olunub.

 

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03