ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp artıq müxtəlif ölkələrin liderlərindən təbrikləri qəbul etməyə başlayıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, onu ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putinolub.
Qələbə münasibətilə D. Trampa təbriklərini çatdıran V. Putin iki ölkənin münasibətlərində yaranmış böhranın aradan qaldırılması, habelə beynəlxalq gündəmin aktual məsələlərinin həlli və qlobal təhlükəsizliyinin çağırışlarına effektiv cavab axtarışı istiqamətində birgə işləyəcəklərinə ümidvar olduğunu bildirib.
"Əminəm ki, Moskva və Vaşinqton arasında bərabərhüquqluluq, qarşılıqlı hörmət, biri-birinin mövqeyinin nəzərə alınması prinsipləri əsasında konstruktiv dialoqun qurulması ölkələrimizin xalqlarının və dünya ictimaiyyətinin maraqlarına xidmət edir", - deyə Rusiya lideri qeyd edib.