Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və bölgə hökumətinin keçmiş üzvləri ifadə vermək üçün İspaniyanın Milli Məhkəmə Palatasına çağırılıblar. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, onlara 2-3 noyabr tarixlərində məhkəməyə gəlmək tapşırılıb. Gəlməyəcəkləri təqdirdə onlar barəsində axtarış elan ediləcək və həbs qətimkan tədbiri seçiləcək.
Məlumata görə, əgər K.Puçdemon və digərləri Brüsseldə qalmağa qərar versələr, onlar Madridin sorğusu əsasında Belçika polisi tərəfindən həbs ediləcəklər.
Qeyd edək ki, Kataloniya hökumətinin keçmiş üzvləri üsyanın təşkilində ittiham olunurlar.