Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt Peterburqda “Perekryostok” supermarketində partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şübhəli şəxs İstintaq Komitəsinə təhvil verilib. Müstəntiqlərin hazırda onu dindirdiyi bildirilir.
Saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki dekabrın 27-də törədilən partlayış nəticəsində 18 nəfər yaralanıb.