Rusiyanın Sankt-Peterbuqr şəhərində qaz balonunun partlaması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Lermontov küçəsindəki fərdi evlərdən birinin qarajında baş verib.
Partlayış nəticəsində qaraj tamamilə, ev isə qismən uçub.
Araşdırma aparılır.