Nyu York qubernatoru Endrü Kuomo sərt hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edib, Con Kennedi adına hava limanı müvəqqəti olaraq işini dayandırıb.
APA-nın "RİA Novosti"yə idtinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət rejimi həmçinin Uestçester və Lonq Aylənd şəhərlərində tətbiq edilib.
Sinoptiklər qar çovğununun bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.