Fransanın Nitsa şəhərində törədilən hücumdan sonra polis xüsusi əməliyyat keçirir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə polis idarəsinin məlumatında bildirilir.
“Polis əməliyyatı keçirilir. Əgər siz “İngilis bulvarı” adlanan ərazidə yaşayırsınızsa, evinizdə qalın, rəsmi qurumların göstərişlərinə əməl edin”, - deyə polisin məlumatında bildirilir.
Fransanın Nitsa şəhərində törədilən hücum nəticəsində azı 73 nəfər ölüb, 120-dən çoxu yaralanıb.