[b]Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib[/b]
24 iyun 2017 02:24 (UTC +04:00)

[b]Məkkədə terrorçu-kamikadze “Əl-Haram” məscidini partlatmaq istəyib[/b]

0

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri Məkkədə terror aktının qarşısını alıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının daxili işlər naziri bəyan edib.

 

Onun sözlərinə görə terrorçu-kamikadze “Əl-Haram” məscidində partlayış törətməyi planlaşdırıb. Təhlükəsizlik qüvvələrinin əməkdaşları terrorçunun olduğu binanı mühasirəyə aldıqda, o özünü partladıb. “AFP” agentliyinin məlumatına görə, partlayış nəticəsində 11 nəfər yaralanıb.

 

Hadisə ilə əlaqədar biri qadın olmaqla, 5 nəfər saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar