İstintaq orqanları tərəfindən Mahaçqala meri Musa Musayevə qarşı ittiham irəli sürülüb.
APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Musayevə qarşı ittiham irəli sürülüb. Bununla bağlı onun həbs müddəti iki ayadək uzadılacaq”, deyə mənbə bildirib.
Qeyd edək ki, o, yanvarın 21-də mer səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 80 milyon rubl ziyan vurulması ittihama görə həbs edilib.