Venesuela prezidenti Nikolas Maduro ölkənin XİN rəhbərinə amerikalı həmkarı Donald Trampla təkbətək görüşün təşkil edilməsinə dair göstəriş verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro çıxışında ABŞ-la münasibətləri normallaşdırmaq və danışıqlar yolu ilə bu ölkə ilə normal və açıq siyasi münasibətlər qurmaq niyyətində olduğunu bir daha bəyan edib.
Qeyd edək ki, ABŞ avqustun 9-da Venesuelaya qarşı sanksiyaları genişləndirib.