Lavrov: “Bizim Azərbaycana dair heç bir şəkk-şübhəmiz yoxdur”
Rusiya Belarusun “Şərq Tərəfdaşlığı” formatını Rusiya məsələsində siyasiləşdirilməməsinə və Aİ ilə normal münasibətlərin inkişaf etdirilməsinə dair qəti mövqeyini yüksək qiymətləndir
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Belarusun STV telekanalına müsahibəsində deyib.
“Biz Belarusun və “Şərq Tərəfdaşlığı”n bir neçə digər iştirakçısının bu cəhdlərə qarşı qəti mövqeyini yüksək qiymətləndirdik”, - deyə S.Lavrov qeyd edib.
Lavrov qeyd edib ki, Qərbi Avropa ölkələri ilə normal münasibətlər qurmaqda maraqlı olan Belarus “Şərq Tərəfdaşlığı” sammitinin siyasiləşdirilməsinə yol verməyib: “Fikrimcə, bizdə bu məsələdə fikir ayrılığı yoxdur. Bizim Belarus, Ermənistan və Azərbaycana dair heç bir şəkk-şübhəmiz yoxdur”.