[b]Las-Veqasda qətliam törədənin evindən xeyli silah-sursat tapıldı[/b]
03 oktyabr 2017 04:43 (UTC +04:00)

[b]Las-Veqasda qətliam törədənin evindən xeyli silah-sursat tapıldı[/b]

Las-Veqasda qətliam törədən Stiven Paddokun evində 18 ədəd odlu silah, partladıcı maddə və patronlar aşkarlanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.

 

Onun sözlərinə görə, həmçinin cinayətkarın avtomobilindən ammonium-nitrat maddəsi tapılıb. Qeyd edək ki, ammonium-nitrat maddəsindən bomba hazırlanmasında istifadə olunur.

 

CBS telekanalının məlumatına görə, 64 yaşlı Stiven Paddok altı illik evlilikdən sonra 1990-cı ildə arvadından boşanıb. Cütlüyün uşaqları olmayıb. 2015-ci ildə Meskit şəhərində (Texas ştatı) ev alan S.Paddok Meril Denli adlı qadınla birgə yaşayıb. S. Paddokla 62 qadın arasında rəsmi nikah olmayıb. Həmçinin Stiven Paddokun vaxtilə “Lockheed Martin” aerokosmik korporasiyasında işlədiyi üzə çıxıb. Şirkət artıq S. Paddokla bağlı istintaqa müvafiq xidməti sənədləri təqdim etməyə hazır olduğunu bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268
avatar

Oxşar yazılar