Şimali Koreya lideri Kim Çen In masası üzərində "nüvə düyməsi"nin olduğunu bəyan edib. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Kim Çen In bu barədə KXDR vətəndaşlarna Yeni İl təbrikində bildirib.
Onun sözlərinə görə, KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.
Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.
Kim Çen In həmçinin KXDR-in milli nüvə qüvvələrinin yaradılmasını başa çatdırdığını bəyan edib.
KXDR lideri beynəlxalq təzyiqin artmasından şikayətlənsə də, nüvə başlıqlarının və ballistik raketlərin istehsalını sürətləndirməyə çağırıb.