[b]Keniyada güclü daşqınlar: 100 ölü[/b]
05 may 2018 06:55 (UTC +04:00)

[b]Keniyada güclü daşqınlar: 100 ölü[/b]

0

Keniyada  leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 100 nəfər ölüb.

 

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən  (BQXK) bildiriblər.

 

Məlumata əsasən, təbii fəlakətlə əlaqədar 260 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Martın sonundan etibarən ölkədə şiddətli yağıntılar səngimək bilmir.

 

Keniya hökuməti və humanitar təşkilatlar əhalinin təhlükəsiz ərazilərə köçürülməsini davam etdirir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar