[b]Kataloniyada səsvermə başa çatdı[/b]
22 dekabr 2017 01:10 (UTC +04:00)

[b]Kataloniyada səsvermə başa çatdı[/b]

Kataloniyada növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermə günü ümumilikdə 2680 seçki məntəqəsi yerli vaxtla saat 09.00-dan 20.00-dək fəaliyyət göstərib. Seçici fəallığı yerli vaxtla 18.00-da rekord həddə– 68 faizdən çox olub.

 

Qeyd edək ki, Kataloniyada 5,55 mln. nəfər səsvermə hüququna malikdir, onlardan 226 min nəfəri xaricdə yaşayır.       

 

Səsvermənin yekunlarına əsasən, 135 nəfər deputat mandatına malik olacaq.  

 

Sorğulara əsasən, ümumilikdə 7 əsas partiyanın parlamentə keçmək şansı var. Birinci yerə “Kataloniyanın solçu respublikaçıları” partiyası və İspaniyanın ərazi bütövlüyünü dəstəkləyən “Vətəndaşlar” mərkəzçi partiyası daha çox iddialıdır.   

 

Deputatlar aprelin 7-dək Kataloniya hökumətinin rəhbərini təyin etməlidirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar