[b]İranda terror aktları planlaşdıran şəxslər tutuldu[/b]
25 iyun 2017 01:02 (UTC +04:00)

[b]İranda terror aktları planlaşdıran şəxslər tutuldu[/b]

0

İranın təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşması ilə əlaqəli bir qrup şəxsi saxlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Kəşfiyyat Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, terrorçular müqəddəs ziyarətgahların yerləşdiyi şəhərlərdə terror aktları törətməyi planlaşdırıblar.

 

Saxlanılan şəxslərdən partlayıcı qurğular, “Kalaşnikov” avtomatları və digər silah-sursat götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar