<b>Hərbi bazadan 1 milyonluq silah oğurladılar, “eBay”da satdılar</b>
31 avqust 2017 06:05 (UTC +04:00)

Hərbi bazadan 1 milyonluq silah oğurladılar, “eBay”da satdılar

ABŞ-ın Kentukki ştatında “Fort-Kempbell” hərbi bazasının anbarlarından 1 milyon dollar məbləğində silah-sursat oğurlanıb.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, oğurlanan silah-sursatın bir qismi “qara bazarda”, qalanı isə “eBay” vasitəsi ilə satılıb.

 

Məlumata əsasən, müxtəlif silah və avadanlıqlar Rusiya, Çin, Meksika, Honkonq, Qazaxıstan və Ukraynada sahibini tapıb.

 

Anbarlardan oğurlananlar arasında pulemyot və tüfənglər, gülləkeçirməyən zirehli gödəkçələr (bronejilet), dəbilqələr, optik nişangahlar, generatorlar, tibbi avadanlıqlar və s. olub.

 

Hadisə ilə əlaqədar saxlanılan 6 hərbçi və 1 mülki şəxs cinayəti törətdiklərini etiraf edib, istintaqla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42