<b>Fransada seçkilərdə Makron qalib gəldi</b> - <span style="color:red;">YENİLƏNİB-1
24 aprel 2017 07:58 (UTC +04:00)

Fransada seçkilərdə Makron qalib gəldi - YENİLƏNİB-1

Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb.

 

Sabiq iqtisadiyyat naziri,  “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb.

 

Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

 

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

 

***

 

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda bülletenlərin 97 faizi hesablanıb.

 

Sabiq iqtisadiyyat naziri,  “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,86%,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 45% səs toplayıb.

 

Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,94 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,62 faiz səslə dördüncü yerdə qərarlaşıb.

 

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

 

“Euronews” qeyd edir ki,  “Milli Cəbhə” partiyası prezident seçkilərində ilk dəfə olaraq 7 milyona yaxın səs toplayıb. Buna baxmayaraq, rəy sorğuları 39 yaşlı E.Makronun ikinci turda qələbə qazanacağını nümayiş etdirir. Seçkilərin əsas nəticəsi kimi həmçinin Fransa siyasətində 60 il ərzində hakim mövqe tutan sosialist və sağmərkəzçi partiyaların məğlubiyyəti göstərilir.

 

 

***

 

Fransada birinci tur prezident seçkilərinin nəticələri açıqlanır.

 

APA-nın “Euronews”a istinadən verdiyi xəbərə görə, ilkin nəticələrə əsasən, sabiq iqtisadiyyat naziri Emmanuel Makron 23, 7 % səs , Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21,7% səs toplayıb.

 

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb

 

Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar