[b]Erməni jurnalist Rusiya rəsmisini qəzəbləndirib[/b]
"Sizə xatırlatmaq istəyirəm ki, demokratik cəmiyyətlərə qanuniverici orqanlara xalq fərqli siyasi baxşılara malik insanları seçir. Bəyəm, bu, sizə məlum deyil? Bizdə həm də hakimiyyət bölügüsü var. Qanunverici və icra hakimiyyəti mövcuddur. Mən, rəsmi mövqeyimizi bildirdim. Ayrı-ayrı siyasətçilərin öz fikir və mövqeləri var. Bu normaldır. Mənə çox qəribə gəlir ki, siz bunu anlamırsız". ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin Dövlət Dumasının deputatlarının Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə Bakıda keçirilən yürüşdə iştirakı ilə bağlı təkrar sualına cavabında bildirib.
Rusiya XİN sözçüsü istehza ilə erməni mediasına söz də atıb: "Bu, erməni mediasının tutduğu yaxşı nöqsandır. Çox sağolun ki, bunu bizə deyirsiniz".
793