[b]Ərəb ölkələrindən ABŞ-a tələb [/b]
10 dekabr 2017 07:59 (UTC +04:00)

[b]Ərəb ölkələrindən ABŞ-a tələb [/b]

Ərəb Dövlətləri Liqası (ƏDL)  ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.  

 

“Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib”, - deyə bəyanatda qeyd olunur.  

 

Ərəb ölkələri ABŞ-ın qeyd olunan qərarının beynəlxalq hüququn prinsiplərinə və BMT TŞ-in qətnamələrinə zidd olduğunu və buna görə də əhəmiyyətsiz olduğunu qeyd ediblər.   

 

“Bu qərarın heç bir qanuni təsiri yoxdur, o yalnız sülhə nail olunması istiqamətində səyləri sarsıdır, gərginliyi artırır, qəzəbi daha da möhkəmləndirir və bütün Yaxın Şərqi zorakılıq, iğtişaşlar və qeyri-sabitliyə sürükləyir”, - deyə bəyanatda qeyd olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar